Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətBakıda tibb bacısı dəm qazından boğulub öldü

Bakıda tibb bacısı dəm qazından boğulub öldü

Bakıda tibb bacısı dəm qazından boğularaq vəfat edib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti, 62, mənzil 19-da qeydə alınıb.

Həmin ünvanda yaşayan, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı işləyən 63 yaşlı Şəhla Həsənova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments