Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətDaha bir xəstəxana koronavirusa yoluxanlara ayrıldı

Daha bir xəstəxana koronavirusa yoluxanlara ayrıldı

Sabahdan Göyçay Rayon Mərkəzi Xəstəxanası COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.

O bildirib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası pandemiyaya yoluxanlara ayrılıb.

Qurum rəsmisi hansı xəstəxanaların pandemiya ilə mübarizəyə ayrılacağı ilə bağlı suala belə cavab verib:

“Yoluxmalarla bağlı ehtiyac yaranarsa, mərhələli şəkildə pandemiya ilə mübarizəyə bağlanan xəstəxanalar olarsa, ictimaiyyətə məlumat veriləcək”.

Bundan başqa, R.Əliyeva Ucar Mərkəzi Rayon Xəstəxanasının da pandemiya ilə mübarizə üçün ayrıldığını qeyd edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments