Çərşənbə, May 13, 2026
Google search engine
HomeDünyaİslam peyğəmbərinə karikatura hazırlayan fransız nəşrinə yeni təhdid

İslam peyğəmbərinə karikatura hazırlayan fransız nəşrinə yeni təhdid

Əl-Qaidə terror qruplaşması Fransanın “Charlie Hebdo” satirik jurnalını yeni hücumla təhdid edir.

Bu barədə “SITE Intelligence Group” məlumat yayıb.

Təhdidlərin jurnalın Məhəmməd peyğəmbərlə bağlı karikaturanı təkrar buraxması ilə əlaqədar olduğu vurğulanır.

Xatırladaq ki, 2015-ci ilin yanvarın 7-də Səid və Şərif Kuaşi qardaşları “Charlie Hebdo”nun redaksiyasına hücum etmişdilər. Onlar 12 nəfəri, o cümlədən səkkiz jurnalist və rəssamı öldürmüşdülər.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments