Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

Belə ki, Elşən Allahverdiyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Sənədlər və müraciətlərlə iş departamenti”nin müdiri təyin edilib.

Məlumatı Oxu.Az-a Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də, bir sıra banklarda, Maliyyə Bazarlarına Nəzarət Palatasında, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyində müxtəlif vəzifələrində çalışıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments