Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaBazar günündən etibarən ABŞ-da “TikTok”un yüklənməsi qadağan ediləcək

Bazar günündən etibarən ABŞ-da “TikTok”un yüklənməsi qadağan ediləcək

Əgər “TikTok” ABŞ-ın milli təhlükəsizliyi təhlükəsi ilə bağlı problemi aradan qaldırmasa, Birləşmiş Ştatların Ticarət Nazirliyi sentyabrın 20-dən ölkədə bu proqramın yüklənməsini, noyabrın 12-dən isə istifadəsini qadağan edəcək.

Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin məlumatında deyilir.

“ABŞ prezidenti Donald Trampın 6 avqust 2020-ci il fərmanlarına cavab olaraq, Ticarət Nazirliyi Birləşmiş Ştatların milli təhlükəsizliyinin təminatı üçün “WeChat” və “TikTok” mobil proqramları ilə bağlı sazişlərin qadağan olunduğunu elan etdi”, – Ticarət Nazirliyi bildirib.

Bu halda yerli KİV daha əvvəl bildirib ki, ABŞ-dakı “Oracle” və “ByteDance” yeni “TikTok Global” şirkətini yaradacaq.

ABŞ administrasiyası “TikTok” proqramını amerikalıların məlumatlarını Çin hakimiyyətinə ötürməkdə ittiham edir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments