Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeSiyasətPutin Ərdoğana: Türkiyə Minsk qrupunun üzvü kimi Qarabağ münaqişəsinin həllinə töhfə verə...

Putin Ərdoğana: Türkiyə Minsk qrupunun üzvü kimi Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tərəflər Dağlıq Qarabağ haqqında müzakirə ediblər.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, xüsusilə ATƏT-in Minsk qrupunun işinə əsaslanaraq siyasi prosesin aktivləşdirilməsinin lehinə danışıblar. Hər iki tərəf 10 oktyabrda Moskvada əldə edilmiş humanitar atəşkəs razılaşmasına riayət edilməsinin vacibliyini bir daha təsdiqləyib.

Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments