Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətİbrahim Məmmədov: “Düşmən təcavüzü nəticəsində Azərbaycanda təqribən 3 min 700 obyektə ziyan...

İbrahim Məmmədov: “Düşmən təcavüzü nəticəsində Azərbaycanda təqribən 3 min 700 obyektə ziyan dəyib”

Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ziyan görmüş obyektlərin sayı açıqlanıb.

Bu sözləri bu gün Bakı Biznes Mərkəzində müharibə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və bunun aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən görülən işlər barəsində keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda təqribən 3 min 700 obyektə müxtəlif dərəcəli ziyan dəyib.

“Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərdə yerləşdiriliblər. Qiymətləndirməni həyata keçirmək məqsədilə yerli özəl qiymətləndirmə şirkətlərinin də prosesə cəlb olunması planlaşdırılır”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments