Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaBalakəndə fərdi yaşayış evi yandı - VİDEO

Balakəndə fərdi yaşayış evi yandı – VİDEO

Balakən rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Baku TV xəbər verir ki, hadisə Meşəşambul kəndində Musa Dibirova məxsus ümumi sahəsi 120 kv/m olan, kürsülü birmərtəbəli ikiotaqlı evdə qeydə alınıb.

Yanğın nəticəsində evin 1 otağının tavanı və dam örtüyü 60 kv/m sahədə yanıb. Evin qalan hissəsi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb, lakin evə ciddi ziyan dəyib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments