Çərşənbə, May 13, 2026
Google search engine
HomeİdmanPSJ-nin baş məşqçisi koronavirusa yoluxdu

PSJ-nin baş məşqçisi koronavirusa yoluxdu

Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Pokettinonun koronavirus testi müsbət nəticə verib.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, argentinalı mütəxəssis özünü təcrid edib. Qarşıdakı müddətdə kollektivə onun köməkçiləri Xesus Peres və Migel D Aqostino rəhbərlik edəcək.

Yanvarın 16-da PSJ “Anje” ilə Liqa 1 matçında üz-üzə gələcək.

Qeyd edək ki, Maurisio Pokettino PSJ ilə ilk titulunu yanvarın 14-də qazanıb. Paytaxt klubu Fransa Super Kuboku uğrunda görüşdə “Marsel”ə 2:1 hesabı ilə qalib gəlib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments