Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətBakıda motosiklet avtomobillə toqquşdu: Xəsarət alan var

Bakıda motosiklet avtomobillə toqquşdu: Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsində 1994-cü il təvəllüdlü Qasımov Pünhan Qılman oğlunun idarə etdiyi motosikletlə minik avtomobili toqquşub. Hadisə nəticəsində P.Qasımov xəsarət alıb.

O, təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments