Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaRac Kapurun oğlu vəfat etdi

Rac Kapurun oğlu vəfat etdi

Tanınmış hind aktyoru və rejissoru Raciv Kapur vəfat edib.

TASS “The Times of India” qəzetinə istinadən məlumat verir ki, 58 yaşlı məşhur Mumbayda dünyasını dəyişib.

Raciv Kapur Hindistan kinematoqrafıyasının ən tanınmış siması sayılan Rac Kapurun kiçik oğludur.

Çimpu ləqəbli Raciv ilk dəfə atasının filmlərində çəkilməyə başlayıb. O, 1985-cil ildə “Qanq, sənin suların bulanıqdı” filmində baş rolu ifa edib.

Racivin rejissor işləri arasında isə 1996-ci ildə lenta aldığı “Məhəbbət kitabı” filmi daha böyük populyarlıq qazanıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments