Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətBelarusdan gətirilən bu məhsulun satışına icazə verilmədi

Belarusdan gətirilən bu məhsulun satışına icazə verilmədi

Belarusdan idxal edilən dondurulmuş toyuq məhsullarında salmonella aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən “Caspian Catering Supply” MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 19.99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 15.12.2020-ci ildə istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında (2.5 ton) salmonella aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments