Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeİdmanMillimiz Qran Pridə üç medal qazanıb

Millimiz Qran Pridə üç medal qazanıb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandası bu gün vətənə qayıdıb.

10-13 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş yerli şahzadə (BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmmədin oğlu – S.M.), Dubay İdman Şurasının prezidenti Fazzanın adını daşıyan XII açıq çempionatda – Qran Pridə altı idmançı ilə təmsil olunan komandamız yarışlarda bir qızıl, iki bürünc olmaqla ümumilikdə üç medal qazanıb.

Heydər Həmidli nizə atmada (F57 kateqoriyası) qızıl medal (43.75 m nəticə ilə) əldə edib. Elvin Astanov (F53 kateqoriyası) və Oloxan Musayev (F56 kateqoriyası) nüvə itələmədə bürünc medal (müvafiq olaraq 7.30 m və 10.65 nəticə ilə) qazanıblar.

Beləliklə, Heydər Həmidli və Elvin Astanov dünya reytinqinin ilk “onluğ”unda qərarlaşaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını daha da artırıb.

Qeyd edək ki, aprelin 1-də Beynəlxalq Para Atletika Federasiyası “Tokio 2020”yə lisenziya qazanmış idmançıların adlarını açıqlayacaq.

Komandamızın növbəti yarışı Tunisdə olacaq. 14-21 mart tarixlərində keçiriləcək yarış Tunis Qran Prisi adlanır.

İndiki duruma görə, para atletlərimizdən Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev 2019-cu ildə Dubayda keçirilmiş dünya çempionatındakı nailiyyətlərinə görə Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.
//oxu.az

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments