Çərşənbə, May 13, 2026
Google search engine
HomeİdmanFirdovsi Fərzəliyev finala çıxdı, Rafael Ağayev mübarizəni erkən dayandırdı

Firdovsi Fərzəliyev finala çıxdı, Rafael Ağayev mübarizəni erkən dayandırdı

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Türkiyənin İstanbul şəhərində bu gün start götürən Premyer Liqa turnirində finala vəsiqə qazanıb.

Median.Az xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı qızıl medal görüşünə çıxacaq.

Həmçinin kata üzrə Azərbaycan millisi bürünc medal uğrunda yarışacaq. Hər iki qarşılaşma martın 14-də olacaq.

Yığmanın lideri Rafael Ağayev (-75 kq) isə 1/4 finalda məğlub olaraq medalsız qalıb.

Qeyd edək ki, bu yarış karate millimizin pandemiya dönəmində bir illik fasilədən sonra çıxdığı ilk yarışdır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments