Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətBiləsuvarda mirkoavtobus aşdı: Ölən və yaralananlar var - YENİLƏNİB

Biləsuvarda mirkoavtobus aşdı: Ölən və yaralananlar var – YENİLƏNİB

Astara-Ələt magistralının 110-cu kilometrliyində, yolun Biləsuvar rayonundan keçən hissəsində baş verən qəzada yaralananların kimliyi və vəziyyəti məlum olub.

Hadisə nəticəsində üç nəfər Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumatlara görə, Astara sakinləri 2005-ci il təvəllüdlü Süleymanlı Rəqsanə Natiq qızı hər iki gicgah nahiyəsindən, 1982-ci il təvəllüdlü Qəhrəmanova Əsmər Akif qızı sağ said və əlin küt travması, müxtəlif sıyrıqlar, 1982-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğlu isə başın küt travması xəsarətləri alıblar.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə, yaralıların ümumi vəziyyəti kafidir. İlkin yardımdan sonra yaralılar evə buraxılacaqlar.

* * * * *

Biləsuvarda baş verən avtomobil qəzasının səbəbi məlum olub.

Bununla bağlı hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, ilkin ehtimallara görə, qəza yolun sürüşkən olması səbəbindən baş verib.

99-MT-886 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində sərnişinlərdən 1981-ci il təvəllüdlü kişi dünyasını dəyişib. Onun kimliyi hələlik məlum deyil.

* * * * *

Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Belə ki, mikroavtobusun yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Yaralılardan 4-ü Biləsuvar, 2-si isə Cəlilabad xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments