Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətII Qarabağ müharibəsindəki zəfərin hansı fənn kitabına salınacağı bəlli olub

II Qarabağ müharibəsindəki zəfərin hansı fənn kitabına salınacağı bəlli olub

Növbəti ildən məktəblərdə “Qarabağ tarixi” fənninin adı “Qarabağın zəfər tarixi” adı altında IX sinif şagirdlərinə tədris olunacaq.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayım zamanı sualları cavablandırarkən bildirib.

“Burada əsas məqsəd Qarabağ tarixini, müstəqilliyimizin ilk illərində üzləşdiyimiz hansı səbəblərdən onu itirdiyimiz, həmin dövrün ictimai-siyasi vəziyyəti, uzunmüddətli danışıqlar prosesi, bu dövrdə baş vermiş hadisələrin vətəndaşlarımıza çatdırılması və uşaqlarımıza mənimsədilməsidir. Ən vacibi Azərbaycanın qazandığı zəfərin təhsilimizin məzmununun ana hissəsinə çevirilməsidir”, – deyə E.Əmrullayev əlavə edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments