Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünya“WhatsApp” messencerində səsli mesajları iki dəfə sürətləndirmək mümkün olacaq

“WhatsApp” messencerində səsli mesajları iki dəfə sürətləndirmək mümkün olacaq

“WhatsApp” messencerində səsli mesajların səsləndirilməsini iki dəfə sürətləndirmək mümkün olacaq. Bu barədə “WABetaInfo” portalı məlumat verib.

Median.Az ictnews.az-a istinadən bildirir ki, “WhatsApp”ın tərtibatçıları səsli mesajları sürətləndirməyə imkan verəcək seçimin messencerə tətbiqi üzərində işləyirlər. Səsli mesajların iki dəfə sürətləndirilməsi nəzərdə tutulur.

Məlumata görə, hazırlanma mərhələsində olan sözügedən funksiyanın “Android” və “iOS” əməliyyat sistemlərinə tətbiqinə bir neçə ay vaxt tələb olunur.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments