Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünya“Skype” proqramına zəng zamanı fondakı kənar səslərin aradan qaldırılması funksiyası əlavə edilib

“Skype” proqramına zəng zamanı fondakı kənar səslərin aradan qaldırılması funksiyası əlavə edilib

“Microsoft” korporasiyası “Skype” proqramına çoxdan gözlənilən funksiyanı əlavə edib. İndi proqramda səsli və videozəng zamanı fondakı kənar səsləri aradan qaldırmaq mümkün olacaq.

Median.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən funksiya “Windows” əməliyyat sistemində işləyən “Skype Preview 8.70.76.48” versiyasında sınaqdan keçirilir. Şirkət, həmçinin proqrama bəzi digər funksiyalar da əlavə edib.

Məsələn, “Skype”da veb-girişlərin idarə edilməsi (WAM) dəstəyi, videozəng iştirakçılarına baxış düyməsi əlçatan olacaq.

Həmçinin korporasiya “Skype”ın veb-versiyasına fonun bulanıq edilməsi, telefon nömrəsi üzrə əlaqələrin axtarışı funksiyalarını əlavə etməyi planlaşdırır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments