Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaİranlı məmur nüvə mərkəzində bədbəxt hadisə ilə üzləşdi

İranlı məmur nüvə mərkəzində bədbəxt hadisə ilə üzləşdi

Nətənz nüvə mərkəzində baş verən qəza yerinə baxış keçirən İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi yeddi metr yüksəklikdən yıxılaraq xəsarət alıb.

Bu barədə İranın IRIB agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə vaxtı İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Saleh də orada olub.

Hər iki şəxs nüvə mərkəzinə baxış keçirmək üçün hadisə yerinə ezam olunub.

Son məlumata görə, hadisə nəticəsində B. Kamalvəndi sınıq xəsarəti alıb, hazırda vəziyyəti sabitdir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments