Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeİdmanSerbiya klubları danışılmış oyunlarda ittiham olunur

Serbiya klubları danışılmış oyunlarda ittiham olunur

UEFA Serbiya Futbol İttifaqına daxili yarışlarda iki oyunun nəticəsinin manipulyasiya olunması ilə bağlı məktub göndərib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan komandaların matçlarına Avropa və Asiyanın müxtəlif bukmeyker kontorlarında külli miqdarda pul qoyuluşu edilib.

Qarşılaşmalardan biri martın əvvəlində, digəri isə sonundada oynanılıb. Danışılmış oyunlarda bəzi futbolçuların iştirakı artıq təsdiqlənib. İstintaq davam etdiyi üçün onların adları açıqlanmayıb.

Qeyd edək ki, ötən ay Serbiya Futbol İttifaqının prezidenti Slavişa Kokeza istefa verib. Onun adam oğurluğu və qətldə ittiham olunan qrupla yaxın əlaqələri olduğu iddia edilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments