Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətBakıda həftəsonu yarmarkaları keçiriləcək - FOTO

Bakıda həftəsonu yarmarkaları keçiriləcək – FOTO

19-20 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda təşkil olunacaq.

Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında 40-a yaxın regiondan 100-dən artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A





RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments