Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyət“Bakı Kristal Zalı”nda 17 milyon manatdan çox zərər yığılıb

“Bakı Kristal Zalı”nda 17 milyon manatdan çox zərər yığılıb

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC 2020-ci ili 7 min 204 manat xalis mənfəətlə başa vurub.

Bu, 2019-cu illə müqayisədə 5.2% azdır.

Ötən il “Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 2 milyon 984 min manat (əvvəlki ilə nisbətən 9.4% az), cəmi əməliyyat xərcləri 2 milyon 975 min manat (9.4%% az), o cümlədən kommersiya xərcləri 1 milyon 73 min manat (25.5% az), inzibati xərcləri 1 milyon 691 min manat (8.3% az), mənfəət vergisi ödəmələri isə 1 801 manat (5.2% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Kristal Zalı”nın aktivləri 174 milyon 230 min manat manat olub. 2019-cu ildə isə cəmi aktivləri 174 milyon 290 min manat idi. Hesabat dövründə qurumun ödənilməmiş zərəri 17 milyon 444 min manat təşkil edib ki, bu göstərici 2019-cu ildə 17 milyon 377 min manat olub.

Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 191,6 milyon manatdır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments