Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaAralıq dənizində iyirmiyə yaxın miqrant boğularaq həlak olub

Aralıq dənizində iyirmiyə yaxın miqrant boğularaq həlak olub

Liviyadan İtaliyaya yollanan gəmi Aralıq dənizinin Tunis sahillərində batıb.

Bu barədə “Reuters” agentliyi məlumat verib.

Hadisə nəticəsində 17 nəfər boğularaq ölüb.

Mənbə qeyd edir ki, həlak olanların hamısı Banqladeş vətəndaşlarıdır.

Sahil mühafizəsi 380 miqrantın həyatını xilas etməyi bacarıb.

Qeyd olunur ki, gəmidə Suriya, Misir, Sudan, Eritreya, Mali və Banqladeş vətəndaşları olub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments