Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətQəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar

Qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

İdarədən bildirilib ki, 27-28 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 217 nömrəli tam orta məktəbin şagirdi Elşən Salahov və 297 nömrəli tam orta məktəbin şagirdi Səmral Qasımov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıblar.

İmtahanın I mərhələsində 285 bal yığan S.Qasımov hər iki mərhələnin cəminə görə 685 bal, I mərhələdə 276,5 bal yığan E.Salahov isə hər iki mərhələnin cəminə görə 676,5 bal toplayıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments