Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaİran Məzari-Şərifdəki konsulluğunu bağlayır

İran Məzari-Şərifdəki konsulluğunu bağlayır

İran Əfqanıstandakı vəziyyətə görə Məzari-Şərifdə konsulluğunun fəaliyyətini dayandırıb.

İran hakimiyyəti Əfqanıstanın Məzari-Şərif şəhərindəki konsulluğunu ölkədə təhlükəsizlik problemlərinin artması səbəbindən müvəqqəti olaraq bağlayıb.

İran tərəfi Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” arasında qarşıdurmaların şəhərdəki vəziyyəti pisləşdirəcəyindən və bunun diplomatik missiyanın işinə təhlükə yarada biləcəyindən ehtiyat edir.

Konsulluq müvəqqəti olaraq Kabildə fəaliyyət göstərəcək. Məzari-Şərifdə vəziyyət sabitləşən kimi diplomatlar şəhərə qayıdacaqlar.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments