Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətDTX-nın həbs etdiyi sabiq icra başçısı YAP üzvlüyündən xaric edilib

DTX-nın həbs etdiyi sabiq icra başçısı YAP üzvlüyündən xaric edilib

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.

“Report”un əldə etdiyi məlumata görə, o, partiyanın yerli rayon təşkilatının İdarə Heyətinin müvafiq qərarı ilə YAP üzvlüyündən xaric edilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev doqquz il və müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. R.Tatarov da hakim partiya üzvlüyündən xaric edilib. O, YAP yerli rayon təşkilatının sədri olub.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilmişdi.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments