Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətYasamalda insan sümükləri tapılıb

Yasamalda insan sümükləri tapılıb

Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkar olunması faktı ilə bağlı hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilmiş, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir.

Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments