Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətDİN-dən polisin fəaliyyətinə müdaxilə edənlərə XƏBƏRDARLIQ

DİN-dən polisin fəaliyyətinə müdaxilə edənlərə XƏBƏRDARLIQ

“Polisin fəaliyyətinə müdaxilə “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qanunla səlahiyyət verilən şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir:

“Bununla bağlı “Polis haqqında” Qanunun 8-ci maddəsində hüquq norması var. Həmin normaya görə, polisin fəaliyyətinə qanunsuz müdaxilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur.

Polisin fəaliyyətinə müdaxilə əməlin, yaxud hərəkətin tərkib əlamətinə görə, intizam, inzibati və cinayət məsuliyyəti yarada bilər. Əgər hansısa vətəndaş polisin fəaliyyəti ilə bağlı qarşılaşdığı, başqa sözlə, neqativ zənn etdiyi halla rastlaşarsa, bununla bağlı Daxili İşlər Nazirliyinə şikayət edə bilər. Daxil olan bütün şikayətlərə operativ reaksiya verilir, təfərrüatı tam və hərtərəfli yoxlanılır”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments