Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaAzərbaycanlı sürücü Türkiyədə dəhşətli qəza törətdi - VİDEO

Azərbaycanlı sürücü Türkiyədə dəhşətli qəza törətdi – VİDEO

Türkiyədə azərbaycanlı TIR sürücüsü qəzaya səbəb olub.

Qasımov İsgəndər adlı sürücü Afyonkarahisar-Antalya yolunda naməlum səbəbdən idarəetməni itirib.

Nəticədə onun idarə etdiyi yük maşını bir avtomobilə çırpılaraq yolun əks tərəfinə keçib, əvvəl traktora, daha sonra isə dörd maşına çırpılıb.

Bir neçə metrdən sonra dayanan zaman TIR-ın təkəri yanmağa başlayıb.

Dəhşətli qəza nəticəsində Mehmet Balon adlı bir nəfər ölüb, Mehmet Çakmak və Zeynəb Çakmak isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda xilasedicilər cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğını söndürmək mümkün olub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments