Çərşənbə, May 13, 2026
Google search engine
HomeDünyaƏfqanıstanda cinayətkarların əlləri kəsiləcək

Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək

“Taliban” Əfqanıstanda edam hökmlərini bərpa etmək planlarını açıqlayıb. Bundan başqa cinayətkarların əlləri və ayaqları kəsiləcək.

“Əllərin kəsilməsi təhlükəsizliyin təmini üçün vacibdir”, – deyə hərəkatın qurucularından Molla Nuruddin Turabi bəyan edib. O, bu tədbirin çəkindirici təsir göstərdiyini bildirib.

Əzaların kəsilməsi və edam hökmlərinin ictimaiyyət qarşısında keçirilib-keçirilməməsi barədə “Taliban” hələ bir qərara gəlməyib.

Qeyd edək ki, Nuruddin Turabi yeni Əfqanıstan hökumətində həbsxana xidmətinə rəhbərlik edir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments