Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətQaxda bir ailənin 2 üzvü göbələkdən zəhərlənib, ölən var

Qaxda bir ailənin 2 üzvü göbələkdən zəhərlənib, ölən var

Qax rayonunda zəhərlənmə hadisəsi baç verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri – 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments