Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətGürcüstan-Azərbaycan sərhədində izolyasiya məntəqəsi yaradılıb

Gürcüstan-Azərbaycan sərhədində izolyasiya məntəqəsi yaradılıb

Gürcüstan sərhədlərində dörd buraxılış məntəqəsində müvəqqəti izolyasiya zonaları yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Təcrid məntəqələrindən biri Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində qurulub. Burada koronavirusa yoluxduğu təsdiqlənən və ya yoluxma şübhələri olan şəxslər yerləşdiriləcək.

Bu gün Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” mətəqəsində yaradılan təcrid zonasının açılışı baş tutub.

Layihə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi əsasında həyata keçirilib.

Gəlirlər Xidmətindən qeyd olunub ki, qlobal pandemiya şəraitində izolyasiya məntəqələrinin yaradılması vətəndaşların sağlamlıqlarının təminatında vacib addımdır və eyni zamanda qanuni miqrasiyaya şərait yaradacaq.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments