Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətMəleykə Abbaszadə: Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir - VİDEO

Məleykə Abbaszadə: Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir – VİDEO

İmtahan verən abituriyentlər topladıqları ballardan narazı olduqları zaman ailə problemlərini səbəb gətirərək xüsusi güzəştlər istəyirlər.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi quruma müraciətlərin sayı da artıb.

M.Abbaszadə ailənin sosial vəziyyətinin, ailə üzvlərinin səhhətindəki problemlərin nəticələrə təsir etmədiyini bildirib:

“İmtahan nəticələri elan ediləndə hər bir şəxsin biliyi qiymətləndirilir. Biz sosial vəziyyəti qiymətləndirmirik. Qaydalar hamı üçün eynidir. Sənədləri vaxtında hazırlayıb, prosedura vaxtında qoşulanların heç zaman problemi olmur”.

Sədr abituriyentlərə imtahanlar və ixtisas seçimləri ilə bağlı kömək məqsədilə Bakıda və regionlarda yaradılan məlumat mərkəzlərinə müraciət etməyi tövsiyə edib:

“Hazırda ölkə üzrə cəmi səkkiz regional bölməmiz var. Bu ildən etibarən regional bölmələrə aid olan rayonlara müəyyən gün təyin edilərək, vətəndaşların qəbulu həyata keçiriləcək”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments