Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətBu ərazilərdə qaz olmayacaq - YENİLƏNİB

Bu ərazilərdə qaz olmayacaq – YENİLƏNİB

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Türkan Üzümçülük sovxozunda yerləşən qeyri-yaşayış sahəsinə çəkilmiş orta təzyiqli qaz xəttinin sənaye kollektoruna birləşdirilməsi işləri görüləcək.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu müddətdə “Sevil” MMC, “Rəvan-Turan” MMC, “AGRO” MMC, “Bərəkət” MMC və daha bir neçə obyektin qaz təchizatı dayandırılacaq.

Bundan başqa, qaz xətlərində sazlama işlərinin aparılması və zədələnmiş qaz xətlərinin təmir olunması ilə əlaqədar bu gün saat 09:00-dan etibarən Zaqatala rayonunun bir neçə yaşayış məntəqəsinin, eyni zamanda, saat 10:00-dan etibarən Goranboy rayonunun bir neçə yaşayış məntəqəsinin və Sabunçu rayonu Pirşağı qəsəbəsinin bir hissəsində təbii qazın təchizatı dayandırılıb.

* * * *

Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq bu gün saat 06:00-dan 21:00-dək bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-dək Saatlı, İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Saat 09:00-dan avqustun 8-i işlər başa çatanadək “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhəri və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulacaq.

Qeyd edilib ki, bu gecə saat 02:00-da Zərdab rayonunun Birinci Alıcanlı kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini avtomobillə vuraraq zədələyiblər. Qaz sızması yarandığından kəndin 30 abonentinin qaz təchizatında fasilə yaranıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments