Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyət“Azəriqaz”da kadr dəyişiklikləri

“Azəriqaz”da kadr dəyişiklikləri

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin əmrləri ilə qurumda bir sıra kadr dəyişiklikləri aparılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, birliyin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Xaliq İslam oğlu Namazov vəzifəsindən azad edilməklə Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi təyin olunub.

Hüseyn Gülməmməd oğlu Şirinov Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azər Fəxrəddin oğlu Musayev isə Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi təyin olunub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments