Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətZəlzələ daha çox bu kəndlərdə qeydə alınıb, dağıntı yoxdur

Zəlzələ daha çox bu kəndlərdə qeydə alınıb, dağıntı yoxdur

Zaqatalada baş verən zəlzələ Qax rayonunun mərkəzində, eləcə də Güllü, Zərnə və Ləkit kəndlərində hiss edilib.

Qax Rayon İcra Hakimiyyətinin nümayəndəsinin oxu.az-a verdiyi məlumata görə, zəlzələ daha çox Güllü kəndində hiss olunub:

“Zəlzələnin maqnitudası Zaqatala rayon mərkəzində olduğu üçün təkanlar daha çox ora yaxın kəndlərdə – Çobankol, Muxax və digər yaşayış məntəqələrində qeydə alınıb. Amma hər hansı dağıntı yoxdur”.

Qeyd edək ki, zəlzələ yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə qeydə alınıb. Təkanlar episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments