
Şirvanda binanın eyvanı uçması nəticəsində bir nəfər xəsarət alıb.
Şirvan şəhərində, Nərimanov küçəsi 9, mənzil 19 ünvanında yerləşən dördmərtəbəli binanın üçüncü mərtəbəsində eyvan uçub.
Eyvanın uçması nəticəsində orda olan 1954-cü il təvəllüdlü Şirinova Lətifə Rəsul qızı alt mərtəbənin eyvanına düşərək uçqunun altında qalıb.
Hadisə nəticəsində L.Şirinova sınıq xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
L.Şirinovanın qızı, 1983-cü il təvəllüdlü Şirinova Yeganə Əkbər qızı isə Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən xilas edilib.
Faktla Bağlı Araşdırma aparılır.








