Çərşənbə, May 13, 2026
Google search engine
HomeHadisəStadionu mühafizə edən polis əməkdaşını oyundan sonra maşın vurdu

Stadionu mühafizə edən polis əməkdaşını oyundan sonra maşın vurdu

Nərimanov rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobili metronun “Gənclik” stansiyasının yaxınlığında Çevik Polis Alayının əməkdaşı, 1987-ci il təvəllüdlü Ağayev Vüsal Elsevər oğlunu vuraraq qaçıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, xəsarət alan polis işçisi UEFA Avropa Liqasının “Qarabağ” – “Sevilya” oyunu keçirilən Tofiq Bəhramov adına stadiona mühafizəni gücləndirməyə cəlb olunubmuş.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
/oxu.az/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments