Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeHadisəBakıda itkin düşən azyaşlı qız tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı qız tapıldı – YENİLƏNİB

Bakıda itkin düşən yeniyetmə qız tapılıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb:

“Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb. Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments