Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeHadisəBiləsuvarda yol qəzası olub, xəsarət alan var

Biləsuvarda yol qəzası olub, xəsarət alan var

Biləsuvar rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı iki minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan sürücülərdən biri, Cəbrayıl rayonunun Nüzgar kənd sakini, 1974-ci il təvəllüdlü Əliyev Yalçın İbrahim oğludur.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments