Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeHadisəUcarda yol qəzası olub, xəsarət alan var

Ucarda yol qəzası olub, xəsarət alan var

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunun Qarabörk kəndində “Ford” markalı mikroavtobus və “İsuzu” markalı evakuatorun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Ford” markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments