Çərşənbə, May 13, 2026
Google search engine
HomeHadisə15 yaşlı oğlan dənizdə batdı

15 yaşlı oğlan dənizdə batdı

Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında dənizdə (“Xaçmaz” sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, qeyri-çimərlik ərazi) bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğludur.

Hazırda axtarış tədbirləri həyata keçirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments