Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeHadisəBakıda dəhşətli qəza baş verən yerdən yeni görüntülər - VİDEO

Bakıda dəhşətli qəza baş verən yerdən yeni görüntülər – VİDEO

Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən dəhşətli qəzanın yeni görüntüləri yayılıb.

Videoda avtobusun aşması və kənarda bir neçə şəxsin meyitinin olması əks olunub.

Hadisə yerinə hüquq-mühafizə, təcili tibbi yardım, yol və post patrul xidmətlərinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.

Qəzanın yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib.

Yük avtomobilinin sürücüsü, 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments