Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətMasazır qəsəbəsinin bərbad yolları - VİDEO

Masazır qəsəbəsinin bərbad yolları – VİDEO

Masazır sakinləri yolların bərbad, baxımsız olmasından şikayət edir.

Bu barədə sakinlərin şikayətində qeyd olunub.

Sakinlərin sözlərinə görə, Masazır qəsəbəsi, Akim Abbasov küçəsi bərbad gündədir:

“Yağış yağan kimi yollarda gölməçələr yaranır. İnsanlar bu vəziyyətdə hər gün zülmlə uşaqları məktəbə aparır, işə gedir.

Avtomobil yolu qəbiristanlığın qırağından keçir. Piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilər də bərbad gündədir. Yolun kənarındakı zibil qabları aşıb-daşır, natəmizlik yaranır.

Aidiyyəti orqanlara müraciət edilsə də, heç kim problemin həlli üçün çalışmır. Sakinlərə isə elə şikayət etmələri qalır”.
/oxu.az/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments