Çərşənbə, May 13, 2026
Google search engine
HomeHadisəUcarda bir ailənin 3 üzvü qəzaya düşüb

Ucarda bir ailənin 3 üzvü qəzaya düşüb

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi “Nissan” markalı minik maşını Rasif Seyidovun idarə etdiyi “VAZ-2106” markalı maşınla toqquşub. Nəticədə sürüsü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları – 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments