Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətKarantin rejimini pozan daha 341 sürücü cərimələndi

Karantin rejimini pozan daha 341 sürücü cərimələndi

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 12 may 2020-ci il saat 00:00-dan 13 may 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, ümumilikdə, 52 580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments