Çərşənbə, May 13, 2026
Google search engine
HomeHadisəBakıda sexdə yanğın olub

Bakıda sexdə yanğın olub

Bakının Nərimanov rayonunda yerləşən istehsalat sexinin elektrik sistemində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1800 m² olan istehsalat sexində 1 ədəd elektrik tənzimləyicisi, 2 ədəd qoruyucu açar və 2 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Sex yanğından mühafizə olunub. Yanğın söndürülüb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments