Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeHadisəGöygöldə iki avtomobil toqquşub: Xəsarət alanlar var

Göygöldə iki avtomobil toqquşub: Xəsarət alanlar var

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Yeni Qızılca kəndində qeydə alınıb.

İki VAZ markalı avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hüseyn Həsənov və 1996-cı il təvəllüdlü Vüqar Əhmədov xəsarət alıblar. Hər iki şəxsə hadisə yerindəcə ambulator yardım göstərilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments