Çərşənbə, May 13, 2026
Google search engine
HomeHadisəOğuzda motosiklet aşıb: Sürücü və sərnişin xəstəxanalıq oldu

Oğuzda motosiklet aşıb: Sürücü və sərnişin xəstəxanalıq oldu

Oğuz rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şirvanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bayan kənd sakini 1987-ci il təvəllüdlü Ürfan Bayraməliyevin idarə etdiyi motosiklet kənd ərazisində aşıb.

Nəticədə sürücü və onun sərnişini 1970-ci il təvəllüdlü Şahlar Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments