Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətMəhkuma çayın içində narkotik keçirmək istəyən şəxs ələ keçdi

Məhkuma çayın içində narkotik keçirmək istəyən şəxs ələ keçdi

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbülfət Böyükağa oğlu Həsənova vətəndaş Elnur Aydın oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Bu zaman orada olan çay qutusunun içərisində gizlədilmiş bir ədəd sellofan bükülüdə ümumi çəkisi 2,189 qram olan narkotik maddə – tiryək aşkar edilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments